FƏALİYYƏT

İtaliya – Azərbaycan Ticarət Palatası Italiya Respublikasının qanunvericiliyi ilə, Nizamnamə və özünün yuxarı orqanı ilə həyata keçirilir.  

Ticarət Palatanın fəaliyyəti iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin inkişafı və tərəflər arasında əməkdaşlıq və dostluq əlaqələrin mohkəmləndirilməsindən ibarətdir.

Əsas məqsədimiz iki ölkə arasında qarşılıqlı iqtisadi, o cümlədən biznes əlaqələrinin inkişafına, investisiyaların cəlb olunmasına dəstək etmək, Azərbaycan və İtaliya iş adamlarının arasında etibarlı əlaqələrinin qurulması və tərəflər arası əməkdaşlığın müxtəlif istiqamətlərdə inkişaf edilməsidir.

 

İtaliya – Azərbaycan Ticarət Palatası daimi olaraq gəliş və gediş ticarət missiyaları, ölkələr arasında biznes forumları, seminarları və diqər işgüzar görüşləri təşkil edir. O cümlədən,  Ticarət Palatanın yüksək səviyyəli yerli və xarici əkspertlərin dəstəyi ilə, şirkətlərin strateji baxışlarını nəzərə alaraq, məqsədə uyğun xarici bazarına daxil olunması üçün fərdi layihələrin hazirlanması, idxal və ixrac əməliyyatlarının keçirilməsi, iş adamlarının hüquqlarının qorunması, Azərbaycan iqtisadi potensialını Avropa ölkələrində tanıtdırması də fəaliyyətimizin əsas istiqamətlərimizdəndir.

İtaliya – Azərbaycan Ticarət Palatanın fəaliyyəti nəticəsində üzvlərimiz hər zaman bazar və ticarət imkanları barədə, təşkil olunan tədbirlər və görüşlər barədə, iqdisadi və ticarət axtarışları və hesabatları, Azərbaycan və İtaliya siyasi – iqtisadi durum haqqında hesabatlar əldə edə bilərlər.