İTALİYA – Ümumi Məlumatlar
Ərazisi: 301.340 km²
Əhalisi: təxminən 60 milyon nəfər
Paytaxt: Roma
Dövlət quruluşu: Parlamentar Respublika
Dövlət Başçısı: Sercio Mattarella, İtaliya Respublikasının Prezidenti
Nazirlər Şurasının Sədri (Baş nazir): Ciorcia Meloni
(22 oktyabr 2022-ci ildən vəzifədədir)
Əsas şəhərlər: Roma, Milan, Neapol, Turin, Florensiya, Bolonya
Rəsmi dil: italyan dili
Valyuta: Avro (EUR)
İtaliya minillik tarixinə, Aralıq dənizində strateji mövqeyinə və Qərb dünyasının elmi, hüquqi və bədii inkişafına verdiyi mühüm töhfələrə görə Avropa və qlobal miqyasda aparıcı rol oynayır.
Renessansın beşiyi və incəsənət, memarlıq, musiqi və ədəbiyyat tarixinin əsas mərkəzlərindən biri kimi, İtaliya dünyanın ən böyük mədəni irs konsentrasiyalarından birinə sahibdir. 50-dən çox UNESCO Dünya Mədəniyyət Mirasları ilə – qlobal miqyasda ən yüksək göstəricilərdən biri – İtaliya mədəniyyətin qorunması və təşviqində beynəlxalq nümunə sayılır.
Əhalinin böyük hissəsi italyanlardır və ən geniş yayılmış din katolisizmdir. Rəsmi dil italyan dilidir; bununla yanaşı, qanunla tanınmış etnik qruplar və dillər də mövcuddur: Trentino-Alto Adige/Südtirol bölgəsində alman dili, Friuli-Venesiya-Culiya bölgəsində sloven dili, Aosta vilayətində isə fransız dili, həmçinin ölkə üzrə geniş yayılan zəngin regional dillər və dialektlər.
Coğrafiya və İqlim
İtaliya Aralıq dənizinin mərkəzində strateji mövqedə yerləşir və ticarət, mədəniyyət və turizm əlaqələrinə əlverişli şərait yaradır. Ölkə şimaldan Alplarla əhatə olunur və Fransa, İsveçrə, Avstriya və Sloveniya ilə sərhədlərə malikdir. İtaliya ərazisində iki müstəqil dövlət yerləşir: Vatikan və San-Marino.
- İqlim ərazilərə görə dəyişir:
sahil, cənub və mərkəzi bölgələrdə Aralıq dənizi iqlimi, - şimal bölgələrində isə kontinental iqlim müşahidə olunur.
Bu müxtəliflik kənd təsərrüfatı istehsalının genişlənməsinə və zəngin təbii landşaftların formalaşmasına imkan verir.
İtaliya dünyanın ən böyük iqtisadiyyatlarından biri və Avropa İttifaqının aparıcı sənaye mərkəzidir. Ölkənin iqtisadi gücü aşağıdakı sahələrə əsaslanır:
- mexanika və avtomobil sənayesi
- moda, tekstil və dizayn
- qida sənayesi və şərab istehsalı
- kimya, əczaçılıq və biotexnologiya
- elektronika, avtomatlaşdırma və robototexnika
- turizm və yüksək dəyərli xidmətlər
Milan – maliyyə, moda və innovasiya mərkəzi; Turin – avtomobil sənayesinin paytaxtı; Roma – ölkənin siyasi və mədəni mərkəzidir.
ÜDM: təqribən 2,3 trilyon ABŞ dolları (2024)
Adambaşına ÜDM: təqribən 39.000 ABŞ dolları
İtaliya–Azərbaycan Münasibətləri
1992 – ci ildə diplomatik əlaqələrin qurulmasından bəri İtaliya və Azərbaycan arasında əməkdaşlıq enerji, iqtisadiyyat, mədəniyyət və elm sahələrində xüsusilə möhkəmdir.
Enerji və Strateji Əməkdaşlıq
İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşı və əsas neft idxalçısıdır.
Təbii qaz sahəsində İtaliya Cənub Qaz Dəhlizi çərçivəsində əsas rol oynayır.
2020-ci ildə istismara verilmiş Trans-Adriatik Qaz Kəməri (TAP) ilk beş il ərzində Avropaya 47 milyard kubmetrdən çox qaz tədarük edilib; bunun böyük hissəsi İtaliya bazarına yönəlib.
1 yanvar 2026-cı ildən TAP öz nəqliyyat gücünü artıracaq:
- əlavə 1,2 milyard m³/il
- ümumi gücün 10 milyard m³-dən 11,2 milyard m³-ə yüksəlməsi
(təxminən +12% artım)
Bu genişlənmə İtaliyanın Aralıq dənizi enerji qovşağı kimi rolunu daha da gücləndirəcək.
İqtisadi, Mədəni və Elmi Əməkdaşlıq
Enerji ilə yanaşı, əməkdaşlıq aşağıdakı sahələri əhatə edir:
- müdafiə və aerokosmik sənaye
- ali təhsil, elmi tədqiqat və peşə hazırlığı
- sənaye, infrastruktur və nəqliyyat
- turizm və mədəniyyət
- rəqəmsal transformasiya və kibertəhlükəsizlik